Tailandda 2 jurnalist hazırladıqları reportajdan sonra həbs olunublar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb Nattaphol Meksobhon və Nattaphon Phanphongsanon adlı jurnalistlərin Tailanddakı məbədin divarına anarxizm simvolu ilə "monarxiyanı təhqir etmək" qanununu tənqid edən simvol çəkən bir fəal haqqında reportaj hazırlamaqları olub.
Tayland İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, təmsil etdikləri iki jurnalist "tarixi məkana ziyan vurmaq cinayətində şərik olmaqda" və "ictimai yerdə vandalizmdə" ittiham olunublar.
Əfsanə Rəcəb
Manşet.az