Türkiyənin Karamanlı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Manset.az TRT haber-ə istinadən xəbər verir.
Bildirilir ki, Burdurun Karamanlı rayonunda tələbələri daşıyan avtobus ilə minik avtomobili toqquşub.
Qəza zamanı 11-i tələbə olmaqla 14 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Jalə
Manşet.az