Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: Yaralılar var

18:13 - 13 Fevral 2024

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: Yaralılar var

Türkiyənin Karamanlı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. 

 

Bu barədə Manset.az TRT haber-ə istinadən xəbər verir. 

Bildirilir ki, Burdurun Karamanlı rayonunda tələbələri daşıyan avtobus ilə minik avtomobili toqquşub.

Qəza zamanı 11-i tələbə olmaqla 14 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az