İsrailli girovlar azad ediləcək?

22:43 - 13 Fevral 2024

İsrailli girovlar azad ediləcək?

Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsə nail olunması ilə bağlı aparılan danışıqlar həlledici mərhələyə qədəm qoyub, qarşıdakı 24 saat sövdələşmə üçün son dərəcə vacib olacaq.

 

Manset.az  xəbər verir ki, bu barədə CNN Fələstinin radikal HƏMAS hərəkatındakı mənbəyə istinadla məlumat yayıb.

“Mənbənin sözlərinə görə, 24 saat ərzində mənzərə daha da aydınlaşacaq”, - deyə telekanal bildirib.

Hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilir. Görüşdə israilli və fələstinli girovların qarşılıqlı dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az