Bu gün məhv edilən “əsgər” Paşinyana qarşı olub

23:36 - 13 Fevral 2024

Bu gün məhv edilən “əsgər” Paşinyana qarşı olub

Xəbər verdiyimiz kimi, 12 fevralda Ermənistan hərbçilərinin Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığındakı mövqelərindən snayperdən açılan atəşlə əsgərimizi yaralamasına cavab olaraq bu gün DSX qisas əməliyyatı keçirib.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərlə bağlı daha bir məlumat yayılıb.

Erməni mediası yazır ki, zərərsizləşdirilənlərdən biri - Arsen Ambartsumyan (1979-cu il təvəllüdlü) Ermənistan Baş naziri Nikol Paşinyanın qatı əleyhdarlarından imiş. Onun "Müqavimət hərəkatı"nda olduğu, Nikol Paşinyana qarşı aksiyalarda iştirak etdiyi bildirilir.

Qeyd edək ki, məhv edilən 4 şəxs "Yerkrapa" təşkilatının "könüllüləri" olub. Bu təşkilat isə Azərbaycana qarşı terrorçuluqla məşğuldur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az