Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı ARTDI

07:08 - 14 Fevral 2024

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı ARTDI

Yaponiyanın qərbindəki İşikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 241-ə nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə İşikava prefekturasının qubernatorluğundan məlumat yayılıb.

Məlumatda bildirilir ki, 13 mindən çox insanın təxliyyə məntəqələrində qalıb.

Həmçinin itkin düşən 11 nəfərin isə  axtarışları davam edir.

Bildirilib ki, əyalət üzrə 31 mindən çox evdə su, 1500-dən çox evdə elektrik enerjisi kəsilib, burada qismən zədələnmiş və tamamilə dağılmış binaların sayı 65 minə çatıb.

Mərkəzi hökumət, yenidənqurma layihələri çərçivəsində yaşı müəyyən həddi aşan ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcəyini açıqlayıb.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib. 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az