İsrailin baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqları ictimaiyyətə açıqlanan ABŞ prezidenti Co Bayden Qəzzada uşaqların ölümünü "faciə" adlandırıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya kralı II Abdullah ilə görüşündən sonra Ağ Evdə birgə mətbuat konfransı keçirən ABŞ lideri, “son 4 aydır davam edən müharibədə Fələstin xalqı ağlasığmaz ağrılar və itkilər yaşayıb. Bu qarşıdurmada minlərlə günahsız fələstinli dinc sakin, minlərlə uşaq olmaqla 27 mindən çox insan həlak olub. Bu, ürək ağrıdan faciədir" - deyib
Qəzzada "altı həftəlik atəşkəs razılaşması" üzərində aktiv şəkildə çalışdıqlarını qeyd edən ABŞ lideri, İsrailin Misir-Qəzza sərhədindəki Rəfah şəhərindəki əməliyyatı ilə bağlı xəbərdarlıqlarını təkrarlayıb. Bayden, "orada yerləşdirilən bir milyondan çox insanın təhlükəsizliyini və dəstəyini təmin etmək üçün etibarlı bir plan olmadan" heç bir irəliləyiş olmamalı olduğunu qeyd edib. Britaniyanın “The Telegraph” qəzeti də ABŞ liderinin Netanyahudan açıq şəkildə uzaqlaşmağı düşündüyünü iddia edib.
Jalə
Manşet.az