Çilidə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı AÇIQLANDI

09:18 - 14 Fevral 2024

Çilidə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı AÇIQLANDI

Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı artıb.

 

Manset.az xəbər verir ki, bu barədə Çili Hüquq Sağlamlığı Xidməti açıqlama yayıb.

Açıqlamada,  Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artdığı qeyd edilib. 

Yanğınlarda ölənlərin sayı 132-yə yüksəlib. Qeyd edilir ki,Havadan və qurudan müdaxilələr davam edir.

SML ümumilikdə 89 cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlandığını və 64 cəsədin ailələrinə təhvil verildiyini açıqlayıb.

Digər tərəfdən, Valparaiso qubernatoru Rodriqo Mundaca mətbuat konfransında meşə yanğınları nəticəsində 43 min hektar ərazinin yanaraq külə döndüyünü, təxminən 15 min evin yandığını qeyd edib. Yanğınların qəsdən edilidiyini bildirib.

Çili prezidenti Qabriel Boric fevralın 3-də verdiyi açıqlamada fövqəladə vəziyyət (OHAL) elan etdiklərini bildirərək, "Yanğınlara müdaxilə etmək üçün bütün komandalarımızı ölkənin mərkəzi və cənub bölgələrinə yönləndirdik" deyib.

Çilidə meşə yanğınları bir çox bölgədə eyni vaxtda təsirli olub və qısa müddətdə yaşayış məntəqələrinə yayılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az