Yunanıstanda eynicinsli nikah yenidən gündəmdədir

12:18 - 14 Fevral 2024

Yunanıstanda eynicinsli nikah yenidən gündəmdədir

Yunanıstanda eynicinsli nikahla bağlı qanun layihəsi kilsə və hökumət arasında gərginlik doğurub.

 

Manset.az Euronews-a istinadən xəbər verir ki, sabah parlamentdə səsə qoyulacaq qanun layihəsinin qəbul ediləcəyi gözlənilir.

Yunanıstan eynicinsli nikahı qanuniləşdirən ilk pravoslav ölkə olacaq. Artıq uşaq sahibi olan və ya uşaq sahibi olmaq istəyən eynicinsli cütlüklər üçün bir çox hüquqi maneəni aradan qaldıracaq.

Təxminən on il əvvəl Yunanıstanda vətəndaş birlikləri eynicinsli cütlükləri əhatə edəcək şəkildə genişləndirilsə də, hazırda bu münasibətlərdə olan uşaqların yalnız bioloji valideynləri qanuni qəyyum kimi tanınır.

Lakin bu plan pravoslav kilsəsinin də sərt reaksiyasına səbəb olub. Kilsə iddia edir ki, nikah qanun layihəsi valideyn rollarını qarışdıracaq və ənənəvi ailəni zəiflədəcək.

Kilsə bazar günü mərasimlərdə də oxunan ictimai müraciətdə qanunvericilərdən məsələyə yenidən baxmağı xahiş edib. 

Jalə

Manşet.az


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az