Bu ölkədə ibadət zamanı kilsənin tavanı uçdu: Ölən və yaralılar var

12:44 - 14 Fevral 2024

Bu ölkədə ibadət zamanı kilsənin tavanı uçdu: Ölən və yaralılar var

Filippində ayin zamanı kilsə uçub. 

 

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Filippinin San Xose del Monte şəhərində baş verib.

Yerli vaxtla saat 07:00 radələrində baş verən hadisədə 52 nəfər yaralanıb, 80 nəfər isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib. Bölgədəki 6 fərqli xəstəxanaya aparılan yaralıların müalicə xərclərinin San Xose del Monte yerli hökuməti tərəfindən qarşılanacağı açıqlanıb.

Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az