Filippində ayin zamanı kilsə uçub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Filippinin San Xose del Monte şəhərində baş verib.
Yerli vaxtla saat 07:00 radələrində baş verən hadisədə 52 nəfər yaralanıb, 80 nəfər isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib. Bölgədəki 6 fərqli xəstəxanaya aparılan yaralıların müalicə xərclərinin San Xose del Monte yerli hökuməti tərəfindən qarşılanacağı açıqlanıb.
Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.
Jalə
Manşet.az