Ukrayna Rusiyanın Qara dəniz donanmasının “Sezar Kunikov” adlı iri desant gəmisini məhv edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qara dənizdə batan Rusiya hərbi gəmisi 2015-ci ildə Bosfor boğazından keçərkən göyərtədə olan rus əsgərinin yer-hava raketi ilə poza verdiyi gəmi olub.
Gəminin keçidi zamanı Bosfor boğazından çəkilən qalmaqallı görüntülərdən sonra Rusiyanın o zamankı Ankara səfiri Andrey Karlov Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Əfsanə Rəcəb
Manşet.az