Məşhur fransız aktyoru Alen Dorval vəfat edib.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi 78 yaşında xərçəngdən dünyasını dəyişib.
Qeyd edək ki, Alen karyerasına 1970-ci illərin əvvəllərində başlayıb. O, “48 saat”, “Yadplanetli”, “Gün işığı”, “Nazaretli İsa”, “Dur, yoxsa anam atəş açacaq", "Qara qoyun" kimi məşhur filmlərdə rol alıb. Alen ən böyük şöhrəti səs və dublyaj aktyoru kimi qazanıb. Filmlərin fransız versiyalarında Silvestr Stallone, Nik Nolte və "Disney" personajı "Pit"in rəsmi səsi olub. Onun səsindən həmçinin video oyunlarda da istifadə olunub.