ABŞ-ın yeni prezidenti kim olacaq? - Putin öz seçimini açıqladı

10:30 - 15 Fevral 2024

ABŞ-ın yeni prezidenti kim olacaq? - Putin öz seçimini açıqladı

Rusiya prezidenti Vladimir Putin ABŞ-da 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı təəccüblü açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin ABŞ prezidenti kimi Co Bayden və ya Donald Trampı görmək istəməsi ilə bağlı suala Co Baydeni ABŞ prezidenti olaraq görmək istədiyini bildirib.

Putin "Co Bayden. O, daha təcrübəli və dünyagörmüş biridir. O, köhnə məktəb siyasətçisidir. Amma Amerika xalqı hansı lideri seçəcəksə onunla işləyəcəyik” - deyə cavab verib.

Rusiya prezidenti qeyd edib ki, Trampın ABŞ-ın müttəfiqləri ilə münasibətlərinin necə inkişaf etməli olduğuna dair öz fikirləri var.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az