“Xərçəngə qarşı peyvənd istehsal etməyə çox yaxınıq” - Putin

11:04 - 15 Fevral 2024

“Xərçəngə qarşı peyvənd istehsal etməyə çox yaxınıq” - Putin

Rusiya prezidenti Vladimir Putin rus alimləri xərçəngə qarşı peyvənd istehsal etməyə çox yaxın olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti bu barədə Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu” tədbirində məlumat verib.

Putin, “Xərçəng peyvəndi kimi tanınan və immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, onlar tezliklə fərdi müalicə metodları kimi səmərəli istifadə olunacaqlar” deyib.

Putin təklif olunan vaksinlərin hansı xərçəng növlərini və necə hədəf alacağını açıqlamayıb.

Əfsanə Rəcəb

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az