Türkiyənin ən yaşlı insanı ölməzdən əvvəl yeganə arzusunu açıqladı

14:10 - 15 Fevral 2024

Türkiyənin ən yaşlı insanı ölməzdən əvvəl yeganə arzusunu açıqladı

Türkiyənin ən yaşlı insanı olan 117 yaşlı Arzu Sınıroğlu doğulub boya-başa çatdığı Kırıkkaledəki evinə mətbəx tikilməsi üçün müraciət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kırıkkalenin Delice rayonunun Elmalı kəndində yaşayan Arzu nənənin 6 övladı var.

Arzu nənənin şəxsi ehtiyaclarını uzun müddət yanında qalan böyrək xəstəsi qızı qarşılayır.

51 yaşlı qızı Gülkız Sınıroğlu ilə yaşayan Arzu nənə evində mətbəx tikilməsini istəyir.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az