Türkiyənin ən yaşlı insanı olan 117 yaşlı Arzu Sınıroğlu doğulub boya-başa çatdığı Kırıkkaledəki evinə mətbəx tikilməsi üçün müraciət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kırıkkalenin Delice rayonunun Elmalı kəndində yaşayan Arzu nənənin 6 övladı var.
Arzu nənənin şəxsi ehtiyaclarını uzun müddət yanında qalan böyrək xəstəsi qızı qarşılayır.
51 yaşlı qızı Gülkız Sınıroğlu ilə yaşayan Arzu nənə evində mətbəx tikilməsini istəyir.
Əfsanə Rəcəb
Manşet.az