Mərmərə dənizində batan “Batuhan A” adlı quru yük gəmisinin son görüntüləri ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüntülərdə gəmi kapitanının başqa bir gəmi ilə salamlaşdığı görünür.
Qeyd edək ki, Balıkəsirdə Marmara adasından Bursanın Gemlik mahalına yük daşıyan zaman saat 06:32-də təcili siqnal verən və saat 07:12-də siqnalı kəsilən 69 metrlik "Batuhan A" yük gəmisi batıb. Gəmidəki 6 nəfərlik heyət üçün xilasetmə işlərinə başlanılıb.
Əfsanə Rəcəb
Manşet.az