Alimlər 100 yaşı olan insanların bioloji xüsusiyyətlərinin digər insanlardan fərqli olduğunu ortaya çıxardı.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçin Karolinska İnstitutunun tədqiqatçıları daha uzun yaşamağın sirrini araşdırıblar.
Dünyada 100 yaşdan yuxarı 600 mindən çox insanın olduğu təxmin edilir.
Bu rəqəmin 30 il ərzində dörd dəfə artacağı gözlənilir. 64-99 yaş arası 44 min isveçlinin sağlamlıq məlumatları 35 il ərzində izlənilib və qan analizləri müqayisə edilib.
Daha uzun ömrün sirrini anlamaq üçün iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyası, potensial anemiya və qidalanma ilə bağlı 12 biomarker araşdırılıb.
Yaşı 100-dən yuxarı olan insanların ümumi bioloji xüsusiyyətlərinin olduğu müəyyən edilib.
Müvafiq olaraq, 100 yaşa qədər yaşayanların qanında daha az qlükoza (şəkər), böyrəklərin nə qədər yaxşı işləməsi ilə əlaqəli olan kreatinin və müəyyən qidaların həzm edilməsi nəticəsində yaranan tullantı məhsul olan sidik turşusu (UA) var idi.
UA səviyyəsi azaldıqca, 100 yaşa çatma ehtimalı dörd dəfə artdı. Təəccüblüdür ki, əsrlik çinarlarda ümumi xolesterol səviyyəsi daha yüksək idi.
Mütəxəssislər, "Biomarkerlərdəki fərqlərin ölümdən çox əvvəl müşahidə oluna bilməsi genlərin və həyat tərzinin də uzunömürlülükdə rol oynadığını göstərir" deyib.
Əfsanə Rəcəb
Manşet.az