Dünya şöhrətli aktrisa və model Meqan Foks üzündəki dəyişikliklərlə əlaqədar fanatları tərəfindən tənqid olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, izləyiciləri Las-Veqasdakı gecə klubunda çəkilmiş fotoları sosial şəbəkədə paylaşıldıqdan sonra Foksu tanıya bilmədiklərini və estetik prosedurların həddindən çox olduğunu bildiriblər.
Rəylərdə “Megan Fox haradadır?”, “Şəkildəki Meqan deyil”, “Meqan Foks özünə nə etdi?” kimi ifadələrə rast gəlinib.
Əfsanə Rəcəb
Manşet.az