Dünyada inflyasiya göstəricilərinə görə Argentina birinci yerdədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Argentinada inflyasiya son bir ildə 254 faizi (3,54 dəfə) ötüb, bir ayda isə inflyasiya əvvəlki ayla müqayisədə 20,6 faiz artıb.
Bildirlib ki, Argentinanın yeni prezidenti Xavyer Miley tərəfindən həyata keçirilən iqtisadi proqramın da faydası olmayıb.
Ölkədə inflyasiya xroniki hal alıb. Bütün tədbirlərə baxmayaraq, bir neçə ildir ki, hiperinflyasiyanın qarşısını almaq mümkün olmayıb.
Əfsanə Rəcəb
Manşet.az