NATO "Tramp təhdidinə" görə qadın liderlərdən imtina etdi

18:07 - 15 Fevral 2024

NATO \"Tramp təhdidinə\" görə qadın liderlərdən imtina etdi

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq istəyən keçmiş prezident Donald Trampın mümkün qələbəsi NATO daxilində narahatlıq yaradıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp həftəsonu Cənubi Karolinada etdiyi çıxışda prezident olduğu müddətdə NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə qarşı Rusiyanın hər hansı hücumunun qarşısını almayacağı ilə hədələdiyib, hətta Rusiyanın hücumuni təşviq edəcəyini bildirib. Başda prezident Co Bayden olmaqla NATO üzvü olan Avropa siyasətçiləri Trampın sözlərinə sərt reaksiya verib.

Prezident olduğu dönəmdə qadın liderlərə qarşı alçaldıcı münasibəti ilə tez-tez gündəmdə olan Trampın açıqlamaları NATO-da liderlərin müəyyənləşdirilməsi prosesinə də təsir edib. Böyük Britaniyanın "The Times" qəzetinin yazdığına görə, NATO ölkələri Trampın yenidən ABŞ prezidenti olması ehtimalını nəzərə alaraq, yeni baş katib seçimində Avropa Komissiyasının sədri Ursula fon der Leyendən imtina ediblər. 

Prezidentliyi dövründə Almaniyanın keçmiş kansleri Angela Merkel də daxil olmaqla bir çox qadın liderləri açıq şəkildə ələ salan Tramp Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyi də "axmaq" adlandıraraq tənqidlərə səbəb olub.

"The Times" qəzeti ABŞ, İngiltərə, Fransa və Almaniyanın Trampın son açıqlamalarından sonra Yens Stoltenberqin ardınca NATO-nun baş katibi olmaq istəyən fon der Leyenin namizədliyini dəstəkləməkdən imtina etdiyini yazıb.

Eyni şəkildə Estoniyanın baş naziri Kaya Kallasın da namizədliyindən imtina edilib.

Bildirilib ki, Niderlandın baş naziri Mark Rutte NATO liderliyinə qadın namizədlər əvəzinə ən güclü namizəddir. Diplomatik mənbə deyib ki, Trampın qadınlara laqeyd münasibəti heç kimə sirr deyil, ona görə də hərbi Alyans qadın lideri ona qarşı qoymaq riskindən qaçacaq.

Trampın 2020-ci ildə Davosda görüşdüyü Ursula fon der Leyenə "Avropa hücuma məruz qalsa, köməyinizə gəlməyəcəyik" dediyi ortaya çıxıb. Prezidentliyi dövründə Tramp tez-tez ABŞ-ı NATO-dan çıxarmaqla hədələyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az