Mərmərə dənizində batan “Batuhan A” quru yük gəmisində işləyən aşpaz Zeynep Kılınçın son görüntüləri ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 33 yaşlı Zeynep Kılınçın batan gəmidə aşpaz işləməklə yanaşı, həm də usta dənizçi olduğu və gəmidə bir çox işi öz üzərinə götürdüyü öyrənilib.
Kılınçdan geriyə qalan isə Hande Yenerin “Benden bir tane daha yok” mahnısını dinləyərkən çəkdiyi video olub.
Əfsanə Rəcəb
Manşet.az