İsrailin davam edən hücumları səbəbiylə elektrik enerjisinin kəsildiyi Qəzza zolağında "Qəzzalı Nyuton" ləqəbli uşaq Husam əl-Əttar yaşadığı qaçqın düşərgəsini əl ilə hazırladığı yel dəyirmanı ilə elektriklə təmin edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əttar ilk vaxtlar işıqlandırma cəhdlərinin uğursuz olduğunu və müəyyən müddət cəhd etdikdən sonra uğur qazandığını bildirib.
Layihəsini inkişaf etdirmək üçün Əttar enerji yığmaq və sonradan külək güclü olmayanda istifadə etmək üçün lazımi materialları, xüsusən də batareyaları tapmağa ümid edir.
Fələstinli uşaq köçkünlük və İsrail hücumlarının ağrısını yüngülləşdirmək üçün ailəsinin və qonşularının çadırlarını işıqlandıra bildiyinə görə son dərəcə xoşbəxt olduğunu bildirib.
Əttar İsrailin hücumlarından əvvəl də ixtiralar etdiyini deyib. O, yay aylarında sualtı işıq, qapıları avtomatik bağlayan mexanizm və soyuducu fan hazırladığını vurğulayıb.
Əfsanə Rəcəb
Manşet.az