Hindistanda boya fabrikində yanğın - 11 nəfər öldü

16:52 - 16 Fevral 2024

Hindistanda boya fabrikində yanğın - 11 nəfər öldü

Hindistanın paytaxtı Yeni Dehlidə boya fabrikində baş verən yanğında ilkin məlumata görə, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğın dünən yerli vaxtla saat 21:00 radələrində nəzarət altına alınıb.

Xəstəxanaya çatdırılan yaralılar arasında hadisə yerinə gələn polis əməkdaşı da olub.

Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Yerli polis rəsmiləri yanğının fabrikdə baş verən partlayış nəticəsində baş vermə ehtimalını nəzərdən keçirdiklərini bildiriblər.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az