DNT testi ilə 22 bacı-qardaşı olduğu üzə çıxdı - Onlardan biri keçmiş sevgilisidir

17:36 - 16 Fevral 2024

DNT testi ilə 22 bacı-qardaşı olduğu üzə çıxdı - Onlardan biri keçmiş sevgilisidir

ABŞ-ın Konnektikut ştatında yaşayan Viktoriya Hill adlı qadın görkəminə və xasiyyətinə ailə üzvlərindən fərqləndiyini düşünərək araşdırmalara başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 39 yaşlı amerikalı qadın DNT testi nəticəsində bioloji atasının “in vitro” öz spermasından istifadə edən mayalanma həkimi olduğunu öyrənib.

Həmçinin, qadın varlığından xəbəri olmayan 22 bacı-qardaşı olduğunu və onlardan birinin də keçmiş sevgilisi olduğu ortaya çıxıb.

Onun özü haqqında daha çox öyrənmək üçün başladığı bu macəra ABŞ qəzetlərinin səhifələrinə manşet olub.

Araşdırmalara görə, Burton Caldvell adlı həkim ananın icazəsi olmadan in vitro mayalanma prosesində öz spermasından istifadə edib.

Öyrəndiklərindən şoka düşən qadın üçün ən dağıdıcı nəticə isə bacı və qardaşlarından birinin onun keçmiş sevgilisi olduğunu öyrənməsi olub.

ABŞ-ın CNN telekanalına danışan Viktoriya, "Bu hadisə məni çox sarsıtdı. İndi insanların fotolarına baxıram və düşünürəm ki, əgər o, mənim bacım və qardaşım ola bilirsə, hər hansı biri də mənim bacım və qardaşım ola bilər” deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az