Litva Ukrayna Silahlı Qüvvələri üçün artilleriya mərmilərinin alınması məqsədilə 35 milyon avro ayırıb.
Manset.az xəbər edir ki, bu barədə ölkənin Baş naziri İnqrida Simonyte özünün “X” hesabında yazıb:
“Litva hökuməti Ukrayna üçün döyüş sursatının alınmasına 35 milyon avro ayırıb”.
Qeyd edək ki, Ukraynaya mərmi alınması üçün pul vəsaitinin toplanması məsələsi Çexiyanın təşəbbüsü ilə gündəmə gəlib.