Bu ölkənin nazirləri maaşlarından imtina etdilər

16:34 - 21 Mart 2024

Bu ölkənin nazirləri maaşlarından imtina etdilər

Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri maaş və müavinətlərindən könüllü olaraq imtina ediblər.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş kəskin qənaət tədbirləri olub.

Eyni zamanda, daha əvvəl Pakistan Prezidenti Asif Ali Zardari də maaşını və müavinətlərini almaqdan imtina edib. “Vəzifəyə görə hökumətdən aldığım rəsmi ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldim”, - deyə o bildirib.

Qeyd edək ki, hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanın fevral ayında keçirilən parlament seçkisindən sonra formalaşan və Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az