"Rusiya hazırda müharibə vəziyyətindədir" - Kreml

14:00 - 22 Mart 2024

\"Rusiya hazırda müharibə vəziyyətindədir\" - Kreml

Rusiya hazırda müharibə vəziyyətindədir, bunu hamı başa düşməlidir.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Arqumentı i Faktı” nəşrinə müsahibəsində deyib.

“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başlayıb, amma orada bu qruplaşma yaranan kimi, kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısına çevriləndə bizim üçün bu, artıq müharibəyə çevrildi. Mən buna əminəm. Bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov vurğulayıb ki, Rusiya Ukraynanın hərbi potensialının onun vətəndaşlarının və ərazisinin təhlükəsizliyinə təhdid yaratmaması üçün fəaliyyətə davam edəcək.

Qeyd edək ki, Kreml rəsmisi ilk dəfə olaraq Ukraynada aparılan hərbi əməliyyatları müharibə adlandırıb. Belə ki, rəsmi Moskva indiyə kimi bunu müharibə kimi deyil, xüsusi hərbi əməliyyat adlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az