ABŞ-ın dəstəyi olmasa da, Rəfahda əməliyyat keçirəcəyik - Netanyahu sərt danışdı

21:04 - 22 Mart 2024

ABŞ-ın dəstəyi olmasa da, Rəfahda əməliyyat keçirəcəyik - Netanyahu sərt danışdı

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

 

Manset.az xəbər verir ki, görüş zamanı tərəflər ABŞ-ın HƏMAS-a qarşı müharibədə İsrailə dəstəyini müzakirə ediblər.

 Görüş zamanı İsrailin Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planları da müzakirə edilib.

Netanyahu ABŞ-ın dəstəkləmədiyi halda belə əməliyyatı həyata keçirməkdən imtina etmək fikrində olmadığını bəyan edib.

“Rəfaha girmədən və orada qalan briqadaları məhv etmədən HƏMAS-ı məğlub etmək üçün heç bir yolumuz yoxdur. Mən ona (Entoni Blinken - red.) dedim ki, ümid edirəm ki, biz bunu ABŞ-ın dəstəyi ilə edəcəyik. Amma əgər məcbur olsaq, bunu özümüz edəcəyik”, - Netanyahu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az