Şahzadədə xərçəng AŞKARLANDI

23:48 - 22 Mart 2024

Şahzadədə xərçəng AŞKARLANDI

Uels şahzadəsi Keyt Middleton əməliyyatdan sonra bədənində xərçəng aşkarlandığını bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında danışıb.

O, hazırda kimyaterapiya keçdiyini açıqlayıb.

 “Əməliyyat uğurlu keçdi, lakin bundan sonra aparılan analizlər xərçəngin olduğunu göstərdi. Buna görə də həkimlərim mənə profilaktik kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilkin mərhələsindəyəm”, – şahzadə bildirib.

Uels şahzadəsi özünü yaxşı hiss etdiyini və gündən-günə sağaldığını vurğulayıb.

Kensinqton Sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu bildirib.

Cərrahi əməliyyatın səbəbləri qeyd edilməyib, Uels şahzadəsinin şəxsi tibbi məlumatlarının məxfi qalmasını istədiyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az