“Krokus siti holl”dakı terror aktında şübhəli bilinən 2 nəfər SAXLANILDI

10:46 - 23 Mart 2024

“Krokus siti holl”dakı terror aktında şübhəli bilinən 2 nəfər SAXLANILDI

Moskva vilayətində “Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

Xatırladaq ki, ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az