İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı silah anbarında silsilə partlayışlar baş verib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İndoneziya ordusunun nümayəndəsi Məhəmməd Həsən məlumat verib.
Bildirilir ki, partlayışlar zamanı heç kim zərər çəkməsə də, ehtiyat tədbir olaraq əhali daha təhlükəsiz ərazilərə köçürülüb.