Kiyevdən qərar: Cəfərova vəzifəsindən azad edildi

19:27 - 02 Aprel 2024

Kiyevdən qərar: Cəfərova vəzifəsindən azad edildi

Tatar əsilli Əminə Cəfərova (Emine Djaparova) Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

 

Manset.az  teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna hökumətinin nümayəndəsi Taras Melnıçuk məlumat verib.

Onun sözlərinə görə, hökumətin bu gün keçirilən iclasında kadr məsələlərinə baxılıb və Cəfərovanın vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul olunub.

Əminə Cəfərova hazırda Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsidir.

Xanım diplomatı bu vəzifəyə Prezident Vladimir Zelenski fevralın 22-də təyin edib. Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az