İngiltərədə qarğa itmiş ev ilanını qarajın damına atıb.
Manset.az xəbər verir ki, sahibi ilanın tapılmasına çox sevinib.
Durham qraflığından bir qadın "Agnes" adlı ilanının təxminən bir il əvvəl itdiyini deyib. O, ilanı çox axtarsa da, tapa bilməyib və onun fürsətdən istifadə edərək qaçdığını düşünüb. Lakin aprelin əvvəlində heyvan ilan tapılıb.
Britaniyalı qadının qonşusu deyib ki, qarğa onun qarajının damına ilan atıb. Məlum olub ki, bu "Agnes"dir. Sevinən qadın onu baytarların yanına aparıb. Həkim ilanın pis vəziyyətdə olduğunu deyib.
"Ona tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub. Onun küçədə keçirdiyi bir ildən sonra sağ qala bilməsi əslində möcüzədir", deyə bildirilib.
Jalə
Manşet.az