"Amazon"un qurucusu və milyarder Ceff Bezos Mayamidəki süni Indian Creek adasında 90 milyon dollara üçüncü mülk alıb.
Manset.az xəbər verir ki, bu yer "Milyarderin Bunkeri" kimi tanınır.
Bezos sonuncu dəfə 1998-ci ildə 2,5 milyon dollara satılan 6 otaqlı evin sahibi olub.
İş adamına yaxın mənbələr Bezosun adadakı digər evləri təmir olunarkən yeni mülkə köçməyi planlaşdırdığını deyir.
Bu, onun "Milyarder Bunkeri"ndən üçüncü ev alışıdır. Eyni adadakı əvvəlki iki mülk Bezosa 2023-cü ildə almağa başladığı 79 və 68 milyon dollara başa gəlib. "Amazon" qurucusunun məşhur qonşuları arasında iş adamı Jared Kushner və ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı İvanka Tramp, amerikalı futbolçu Tom Bredi və ABŞ-ın digər varlı sakinləri var.
"Bloomberg"in məlumatına görə, Bezosun 2020-ci ildə 165 milyon dollara aldığı Vaşinqtonda bir ev, Mauidə mülk və Beverli Hillsdə malikanəsi də var.
Jalə