Rusiyada qubernator bıçaqlandı

09:01 - 05 Aprel 2024

Rusiyada qubernator bıçaqlandı

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə TASS-a region rəhbərinin mətbuat xidmətindən bildirilib.

“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, – agentliyə açıqlanıb.

Qeyd olunub ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.

“İndi qubernator əməliyyat otağındadır”, – əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az