9 günlük tətil zamanı bunlar əhali üçün pulsuz olacaq - Ərdoğandan göstəriş

09:22 - 05 Aprel 2024

9 günlük tətil zamanı bunlar əhali üçün pulsuz olacaq - Ərdoğandan göstəriş

Türkiyədə Ramazan bayramı ilə əlaqədar 9 günlük tətil zamanı körpülər və avtomobil yolları pulsuz olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan göstəriş verib. 

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, tətil günlərində əhalinin ictimai nəqliyyatın bütün növlərindən rahat istifadə etməsi üçün bütün göstərişlər verilib və addımlar atılıb. 

O, həmçinin qeyd edib ki, qanunsuz daşımalarla məşğul olan, səyahət icazəsi olmadan fəaliyyət göstərən, icazəsiz yerlərdə sərnişin götürən və ya düşürən, həddindən artıq baha qiymətə avtobus biletləri satan şirkətlərə inzibati cərimələr tətbiq olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az