“Moskva hücumu Rusiyanın birliyini zəiflətmək üçün edildi” - Putin

10:11 - 05 Aprel 2024

“Moskva hücumu Rusiyanın birliyini zəiflətmək üçün edildi” - Putin

Rusiya prezidenti Vladimir Putin Moskva hücumu ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin açıqlamasında "Rusiya islamçı terrorçuların hədəfi ola bilməz" deyib.

“Bu terror aktı Rusiya cəmiyyətinin birliyini zəiflətmək üçün edilib”, - Putin əlavə edib.

Qeyd edək ki, martın 22-də Moskvada baş verən və 144 nəfərin həyatını itirdiyi hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ öz üzərinə götürmüşdü. Rusiya hücumda Qərbin və Ukraynanın əli olduğunu iddia edir.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az