Türkiyədə qadınların zəfəri: 11 vilayəti onlar idarə edəcək

07:44 - 06 Aprel 2024

Türkiyədə qadınların zəfəri: 11 vilayəti onlar idarə edəcək

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 81 vilayətdən 11-ni qadınlar idarə edəcək.

 

Manset.az publika.az-a istinadən xəbər verir ki, 2019-cu ildə keçirilən yerli seçkilərdə qadın namizədlərin nisbəti 7,89 % olub və həmin tarixdə keçirilən seçkilərin sonunda 81 əyalətdən 4-də qadın bələdiyyə başçıları seçilib. Bazar günü axşam saatlarında bu rəqəm 11-ə yüksəlib.

Yerli seçkilərin nəticələrindən sonra İstanbulun 39 rayonundan 3-də qadın namizədlər qalib gəlib. CHP-dən Neyrocərrah Ayşegül Özdemir Ovalıoğlu Bakırköydə səslərin 67 faizini toplayıb. CHP Bakırköydə əvvəlki seçkilərdə 56 % səs alıb.

Ankaranın yeganə qadın bələdiyyə sədri AK Partiya Akyurt mahalının namizədi Hilal Ayık olub. Ayık həm də proqram mühəndisidir. 30 rayondan 8-də qadınların qalib gəldiyi İzmirdə də vəziyyət eynidir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1930-cu ildən başlayaraq türk qadınlarına bələdiyyə seçkilərində iştirak, sonra kənd muxtarı olmaq, məclis üzvlərini seçmək və seçilmək hüququ verən qanunu həyata keçirib. 31 Mart 2024-cü il yerli seçkilərdə qadınlar cümhuriyyət tarixinin rekordunu qıra biliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az