ABŞ-də baş verən zəlzələ ilə əlaqədar Nyu-Yorkun Con Kennedi və Nyuark Liberti hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Manset.az xəbər verir ki, buna ştat rəhbərliyi qərar verib.
Ümumilikdə 286 reys təxirə salınıb. Hava limanlarının texniki vəziyyətinin monitorinqindən sonra uçuşlar bərpa ediləcək.
Bu barədə danışan Nyu-York qubernatoru Keti Hoçul baş vermiş 4,8 bal gücündəki yeraltı təkanları Şərq Sahilində ötən əsrin ən böyük zəlzələsi adlandırıb.
Onun sözlərinə görə, insanların həyatı üçün təhlükə yaradan vəziyyətlər hələ tam müəyyən edilməyib.
ABŞ Federal Aviasiya Administrasiyası Nyu-Cersi, Filadelfiya və Baltimordakı hava limanlarının fəaliyyətinə də məhdudiyyətlər tətbiq edilə biləcəyini açıqlayıb.