Məhkəmə Baydenin qızının gündəliyini oğurlayan şəxs barədə hökm çıxardı

15:14 - 10 Aprel 2024

Məhkəmə Baydenin qızının gündəliyini oğurlayan şəxs barədə hökm çıxardı

ABŞ-nin Florida ştatının sakini Eymi Harris oğurluğa görə bir ay həbs cəzası alıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qadın Birləşmiş Ştatlar Prezidenti Co Baydenin qızı Eşli Baydenin gündəliyini və bir neçə əşyasını oğurlayıb.

Araşdırma nəticəsində məlum olub ki, o, bu işi tək görməyib və işdə təqsirləndirilən digər şəxs də günahını etiraf edib.

Qeyd olunur ki, Eymi Harris bir aylıq həbsdən sonra üç il nəzarət altında yaşamalı olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az