ABŞ-da Respublikaçılar Partiyasının namizədi kimi noyabr seçkilərinə hazırlaşan Donald Trampın sağ əli seçilən 28 yaşlı Marqo Martin beynəlxalq ictimaiyyətin mövzusuna çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Marqo Martinin Trampın həyat yoldaşı Melani Trampa bənzərliyi ilə diqqət çəkib.
Martin ötən gün rüşvət ittihamı ilə mühakimə olunan keçmiş ABŞ prezidentinin heyəti ilə məhkəmə zalına daxil olan görüntülənib.
Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan və getdikcə məşhurlaşan Martinin Trampın “kommunikasiyalar üzrə müşavir müavini” vəzifəsini icra edəcəyi bildirilib.
Əfsanə Rəcəb
Manşet.az