Bitkoinin qiyməti 62 min dolları keçdi

23:24 - 18 Oktyabr 2021

Bitkoinin qiyməti 62 min dolları keçdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 62 min dolları ötüb.

Manşet.az "Coinmarketcap" portalına istinadən məlumat verir ki, son saatlarda kriptovalyuta 62 430 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Oktyabr ayı ərzində kriptovalyutanın qiyməti 42 faiz artıb.

Bu göstərici bitkoinin bu ilin aprelindən etibarən qeydə alınan ən yüksək göstərici olub. Aprel ayında bitkoinin qiyməti 64 min dolları ötmüşdü.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az