12 ildən sonra ilk dəfə İraqa səfər edəcək olan Türkiyə presidenti Rəcəb Tayyib Ərdoğanın kritik səfəri öncəsi paytaxt Bağdad və Ərbildə küçələrə türk bayraqları asılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğanın səfərinə hazırlaşan paytaxt Bağdadda mərkəzdə Şeyx Əbdülkadir Geylani türbəsinin yerləşdiyi küçəyə türk və ərəb dillərində “Ziyarətiniz bizi qürurlandırdı” yazılı plakatlar asılıb.
Bannerlərdə İraq və Türkiyə bayraqları da yan-yana əks olunub.
Ərbildə isə küçə və prospektlərdə türk bayraqları asılmaqla yanaşı, Ərbil qalasında Türkiyə bayrağının təsviri proyeksiya edilib.
Əfsanə Rəcəb
Manşet.az