Rusiya qüvvələri daha bir bölgəni nəzarətə götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Ukraynanın şərqindəki Novomıxaylivka kəndinin ələ keçirildiyini açıqlayıb.
Ukrayna rəsmiləri yaxın həftələrdə cəbhə xəttində vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, cənub qrupunun qoşunları Rusiya qüvvələrinin ələ keçirməyə çalışdığı Vuqledardan təxminən 20 kilometr aralıda yerləşən Novomıxaylivka qəsəbəsini tamamilə azad edib.
Əfsanə Rəcəb
Manşet.az