Yunan kral ailəsinin üzvü olan şahzadə Olympia tətilə getdiyi Şotlandiyada pəncərədən keçməyə çalışarkən görüntülənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə kralı III Çarlzın xaç qızı olan 27 yaşlı model Olympia təsadüfən kilidlədiyi otağa girə bilmədiyi üçün pəncərədən içəri girmək məcburiyyətində qalıb.
Qeyd edək ki, şahzadənin babası, keçmiş Kral Konstantin 1967-ci ildə Yunanıstandakı çevrilişdən sonra xaricə sürgünə gedib. Yunanıstanda 1974-cü ildə keçirilən referendumla kral rejiminə son qoyulub.
Əfsanə Rəcəb
Manşet.az