Qırğızıstanda yük maşını milli tədbir keçirilən əraziya girdi - VİDEO

11:38 - 03 May 2024

Qırğızıstanda yük maşını milli tədbir keçirilən əraziya girdi - VİDEO

Qırğızıstanda  “Milli Manas Dastanı” oxunması tədbiri keçirilən zaman yük maşını şənlik keçirilən əraziyə çırpılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzada üçü ağır olmaqla 29 şagird yaralanıb.

Hadisə Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunun Jerge-Tal məntəqəsində açıq ərazidə baş verib.

Qırğızıstan Səhiyyə Nazirliyi verdiyi yazılı açıqlamada qəza nəticəsində yaşları 9-16 arasında olan 29 şagirdin üçü ağır olmaqla yaralandığını bildirib.

Saxlanılan yük maşını sürücüsü polisə verdiyi ilk ifadəsində tədbirə dondurma gətirdiyini və park etdiyi maşının naməlum səbəbdən hərəkətə keçdiyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az