G7 Rusiyadan qorxdu: 300 milyarddan imtina etdi

12:35 - 03 May 2024

G7 Rusiyadan qorxdu: 300 milyarddan imtina etdi

G7 ölkələri etiraf edir ki, artıq Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasını nəzərdən keçirmir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Əvəzində Qərb ölkələri Ukrayna üçün Rusiya fondlarından maliyyə çıxarmağın başqa yollarını araşdırır”, - məlumatda deyilir.

Qeyd olunur ki, AB ölkələrinin Rusiya aktivlərini müsadirə etmək istəməməsinin əsas səbəbi Moskvanın cavab tədbirlər görəcəyindən qorxmasıdır.

Bundan öncə Rusiyanın ABŞ və Avropa ölkələrində olan 300 milyard dollarının Ukraynaya verilə biləcəyi iddia edilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az