“Avroviziya-2024”ün qalibi bu ölkə oldu

09:17 - 12 May 2024

“Avroviziya-2024”ün qalibi bu ölkə oldu

Bu gecə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

 

“Qafqazinfo”ya istinadən xəbər verir ki, İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) “The Code” mahnısı ilə 591 xal toplayaraq qalib olub.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.

Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az